Azərbaycanın futbol üzrə 15 yaşadək qızlardan ibarət milli komandası (U-15) yoxlama görüşü çərçivəsində U-17 yığmamızla qarşılaşıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Milli komandaların təlim-Məşq Mərkəzində baş tutan matç 3:3 hesabı ilə yekunlaşıb.
U-15-in qollarını Tahirə Rəcəb, Məryəm Səmədli və Sara Səlimova vurublar. U-17-nin heyətində isə Aylin Kərimova biri penaltidən olmaqla iki dəfə, Yelizaveta Vaysman isə bir dəfə fərqlənib.