Ötən gün “ASK Arena”da keçirilmiş “Sabah” – “Kəpəz” qarşılaşması ilə U-16 Liqasının 2022/2023 mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, turun son oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub.
İlk üç yeri tutan komandalara medallar və diplomlar, çempion “Sabah”a isə kubok verilib.
Mükafatları AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.
“Sumqayıt”ın üzvü Nihad Orucəli 35 qolla liqanın ən məhsuldar oyunçusu olub.
“Sabah”ın üzvü Babamirzə Mehdizadə isə U-16 Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.











