U-16 millimiz Belarus yığmasını məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) bu gün yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, yığmamız Belarusun müfafiq yaş qrupundan ibarət milli komandası ilə üz-üzə gəlib.

Binə stadionunda təşkil olunmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib – 2:1. U-16 yığmamızın qollarını Ömər Kosayev və Ruslan Quliyev vurublar

Qeyd edək ki, bu komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar.

Azərbaycan: 1. Bilal Hacıyev, 2. Mehdi İsmayılov, 3. Roman Fərzəli (21. Tunar Əsgərzadə, 55), 4. Uğur Qurbanlı (k), 5. Vaqif Nəbiyev, 6. Ruslan Quliyev, 7. Yusif Orucəliyev (14. Arda Əzizli, 75), 8. Murad İsmayılov (17. Cavidan Əlizadə, 46), 9. Ömər Kosayev (18. Nicat Rəhimli, 75), 10. Furqan Musayev (13. Şikar Şikar, 46), 11. Tunar Bayramov (15. Ramil Hacıyev, 86).

Belarus: 1. İvan Paddubnı, 5. Anton Vial, 6. Qleb Yemelyanov (2. Stanislav Dranov, 78), 7. Artyom Kaniaxin (3. Aleksandr Klimoviç, 55), 8. Vladislav Tratyak (20. Zaxar Şineviç, 55), 13. Kiril Şelest (23. Arseni Asipenka, 46), 14. Marat Lazareviç (18. Matvey Zabavski, 68), 21. Qleb Bardaçov (k), 9. Kiril Salyanik (15. Vladislav Vyarenik, 46), 10. Yaraslav Qubaşin (17. İvan Zaxovski, 68), 11. Yaramir Tratsyak (19. Kiril Kavalyov, 78)