16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) FIFA U-15 dünya çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə vurğulanır ki, U-16 millimiz oktyabrın 16-dan 18-nə qədər Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək. Toplanışa 16 futbolçu dəvət olunub. Amma futbolçuların siyahısı açıqlanmayıb.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 30-na qədər Azərbaycanda keçiriləcək.


