16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) mayın 22-dən 29-na qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-16 mayın 27-də və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.