Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) bu gün daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, yığmamızın baş məşqçisi İlham Yadullayev yetirmələrini Bakıda hazırlıq keçən Özbəkistan seçməsi ilə görüşdə sınaqdan keçirib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan oyun Özbəkistanın U-16 yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan millisi bu komandaya qarşı mayın 27-də keçirdiyi ilk oyunda da 0:3 hesabıyla uduzmuşdu.