17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsinin 2-ci turunda son matçına çıxıb.
Arena.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan U-17 millimiz üçüncü oyununda Moldova yığması ilə qarşılaşıb.
Qarşılaşma yığmamızın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb. Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Millimizin 4-cü qolunu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub.
Xatırladaq ki, Nərgiz Qurbanovanın rəhbərlik etdiyi kollektiv ilk turda qrup oyunlarına ev sahibliyi edən Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabıyla uduzmuşdu.
Beləliklə, Azərbaycan millisi qrupu 3 xalla 3-cü pillədə başa vurub.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 2-ci qrup
20 mart
Azərbaycan – Moldova 4:1
Qollar: Ayşən Salamzadə, 7. Arzu Cəfərova, 25. Vahidə Əlipaşayeva, 63. Xanım Əsədova, 78 – Mariya Ceban, 88.
Hakimlər: Laura Maurisio (İsveçrə), Cenni Okle (İsveçrə), Liliya Dumbalakova (Bolqarıstan).
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan).
Azərbaycan: 1. Nərgiz Ağaliyeva (Firuzə Bayramova, 81), 2. Məsumə Nəzərli, 14. Aysu Əsədova, 4. Arzu Cəfərova, 10. Ülviyyə İslamova, 20. Bədriyyə Mavludova, 7. Pərişan Abdullayeva, 17. Aylin Kərimova (3. Səma Əsədova , 85), 9. Vahidə Əlipaşayeva, 10. Xanım Əsədova, 11. Ayşən Salamzadə.
Ehtiyat oyunçular: 15. Məhsumə Vahabzadə, 8. Tərgül Qəniyeva, 19. Ella Əmirova, 6. Adelina Ağayeva, 13. Mədinə Juruqova, 5. Aygün Novruzova.
Baş məşqçi: Nərgiz Qurbanova.
Moldova: 12. Olesia Ostapsius, 16. Adela Ceban, 4. Vitalina Emelina, 2. Aleksandra Qisça, 18. Valeriya Braquta, 17. Ana Burlea, 13. Sofiya Karaqia (8. Simona Melesa, 26), 9. Evelina Niçifor, 7. Mariya Ceban, 20. Qabriela Nunu (5. Anna Tvetsova, 26), 10. Viktoriya Rubanoviçi.
Ehtiyat oyunçular: 1. Anastasiya Nistor, 3. Arina Mesluş, 6. Daniela Dabiya, 11. Sofiya Dobrovolskaya, 14. Evelina Meşçov, 15. Adelina Şalaru.
Baş məşqçi: Yelena Subbotina.