U-17: Azərbaycan millisi Rusiyaya da məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi yığmamız bu turnirdəki ikinci matçında Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qarşılaşma Azərbaycan futbolçuları üçün uğursuz alınıb. Yığmamız meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Millimiz bu turnirdəki ilk oyununu Belarusun U-18 komandasına qarşı keçirmiş və 0:2 hesabıyla uduzmuşdu.

U-17 millimiz turnirdə növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət kollektivinə qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi Minskdə təşkil olunmuş turnirə bu heyətlə yollanıb:

  1. Xəqan Şükürov – Zirə
  2. Rauf Əyyubov – Sabah
  3. Elgün Alışov – Rot-Vays Oberhauzen (Almaniya)
  4. Murad Qurbanov – Zirə
  5. Həzrət Səmədov – Sabah
  6. Əlibəy Mahmudov – Sabah
  7. Fərid Cabbarlı – Zirə
  8. Hüseyn Atayev – Turan Tovuz
  9. Tunar Muradov – Turan Tovuz
  10. Nihad İsaqov – Kəpəz
  11. Elvin Vəliyev – Neftçi
  12. Vusal Kərimov – Neftçi
  13. Toğrul Haqverdiyev – EFA
  14. Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
  15. Rafael Qaziyev – Dinamovets (Rusiya)
  16. Nicat Nərimanov – Brommapoykarna (İsveç)
  17. İslam Həsənov – Srvena Zvezda (Serbiya)
  18. İbrahim Xəlilov – Sabah
  19. Murad Cabbarov – Sumqayıt
  20. Ümid Səlimov – Sabah