U-17 kubokunun qalibi bəlli oldu

AFFA tərəfindən təşkil olunan U-17 kubokunun final görüşü keçirilib.

Arena.az xəbər verir ki, həlledici qarşılaşmada “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Bayıldakı “ASCO Arena”da keçirilən oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 2:2. Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin yetirmələri 5:4 hesablı qələbə qazanıb.

Beləliklə, “Qəbələ” U-17 kubokunun qalibi olubsa, “Qarabağ” gümüş medallarla kifayətlənib. “ASCO Arena”da keçirilən matçdan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.

“Qarabağ”ın formasını geyinən İbrahim Ağayarov turnirin ən yaxşı futbolçusu seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: