17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-17 millimiz aprelin 22-dən 28-nə qədər Belarusun paytaxtı Minsk şəhərində 17 yaşlı futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.
Baş məşqçi Füzuli Məmmədov qarşıdakı toplanış və turnirdə iştirak üçün 24 futbolçiya dəvət göndərib.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Elbrus Kərimov – Marset (İspaniya)
- Tunar Mehdiyev – Sumqayıt
- Rauf Əyyubov – Sabah
- Amin Rzayev – Qarabağ
- Murad Qurbanov – Zirə
- Həzrət Səmədov – Sabah
- Əlibəy Mahmudov – Sabah
- Tuncay Əhmədov – Marset (İspaniya)
- Fərid Abdinov – Moskva Futbol Akademiyası (Rusiya)
- Tunar Muradov – Turan Tovuz
- Nadir Nəsibli – Marset (İspaniya)
- Ariz Kərimov – Marset (İspaniya)
- Sinan Mehdiyev – Marset (İspaniya)
- Elvin Vəliyev – Neftçi
- Vüsal Kərimov – Neftçi
- Əli Qazibəyov – Qarabağ
- Əlibaba Fətəliyev – Marset (İspaniya)
- Emil Həsənov – Sumqayıt
- Elşən Atakişiyev – Neftçi
- Mohhammed Çodarov – Marset (İspaniya)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- İbrahim Xəlilov – Sabah
- Pünhan Kərimov – Marset (İspaniya)
- Ümid Səlimov – Sabah