U-17 millimiz Belarusda Qazaxıstan yığmasına qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda təşkil olunmuş İnkişaf Kubokunda üçüncü oyununu keçirib.

Arena.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi millimiz yer aldığı B qrupundakı sonuncu görüşündə Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə keçirilmiş oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 57-ci dəqiqədə Əhməd Vəliyev və 66-cı dəqiqədə İmran Süleymanzadə vurublar.

Xatırladaq ki, millimiz turnir çərçivəsində keçirdiyi ilk matçında Rusiyaya 0:3 hesabıyla məğlub olmuşdu. İkinci turda isə U-17 millimiz İran yığmasına 1:0 hesabıyla qalib gəlmişdi.