U-17 millimiz Fransa və İsraillə eyni qrupda

17 yaşadək futbolçulardan ibarət milli komandalar (U-17) arasında Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, tədbir bu gün İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. 9-cu qrupda yer alan U-17 millimiz Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.

Xəbəri istədiklərinizlə paylaşın