Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Arena.az xəbər verir ki, 6-cı qrupda yer alan yığmamız Macarıstanla üz-üzə gələcək.
Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, İlham Yadullayevin rəhbərlik etdiyi U-17 millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsində Yunanıstan və Rumıniya yığmaları ilə də qüvvəsini sınayacaq. Bu görüşlər noyabrın 16-da və 19-da baş tutacaq.
AÇ-2025-in seçmə mərhələsi
6-cı qrup
13 noyabr
14:00. Macarıstan – Azərbaycan
Hakimlər: Yon Orlik, Vadim Vikol (hər ikisi Moldova), Adrian Vorniku, Vlad Baban (hər ikisi Rumıniya).
Tunari, “Tunari” stadionu.


