Bakıda təlim-məşq toplanışını davam etdirən 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə U-17-nin xeyrinə başa çatıb.
U-17-nin heyətində Samir Ağayev və Sənan Ağalarov fərqlənib. U-19-un qoluna isə Zöhrab Əsədov imza atıb.


