U-17 millimizdən Qəbələdə Gürcüstanla heç-heçə

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) ikinci yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə başa çatıb. Millimizin heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.

Xatırladaq ki, Azərbaycan millisi iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanmışdı.