U-17 millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Gürcüstan yığma komandası ilə yoldaşlıq oyunları ləğv edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakıda təlim-məşq toplanışında olan U-17 yığmamızın planlarında dəyişiklik edilib. Buna Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsi səbəb olub.

Qeyd edək ki, qarşılaşmalar mayın 18-də və 21-də baş tutmalı idi.

Yoldaşlıq oyunları ləğv olunsa da, Azərbaycan milli komandası hazırlıq prosesini mayın 21-nə qədər davam etdirəcək.