17 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının 1-ci seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamız oktyabrın 23-dən 26-na qədər AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçəcək.
U-17 millimiz oktyabrın 27-dən noyabrın 2-dək Lüksemburqda Avropa çempionatının 1-ci seçmə mərhələsində iştirak edəcək. Azərbaycan yığmasını burada Serbiya və Lüksemburq yığmaları ilə görüşlər gözləyir. Həmin oyunların təqvimi belədir:
30 oktyabr
21:00. Serbiya – Azərbaycan
Bettemburq. “Municipal” stadionu.
2 noyabr
19:00. Azərbaycan – Lüksemburq
Bettemburq. “Municipal” stadionu.
Bu oyunlar üçün milliyə dəvət edilən futbolçuların adlarını təqdim edirik:
- Firuzə Bayramova – Zaqatala
- Nərgiz Ağaliyeva – Şəfa
- Aygün Novruzova – Sabah
- Arzu Cəfərova – Şəfa
- Bədriyyə Mövludova – Şəfa
- Ayşən Salamzadə – Neftçi
- Səma Əsədova – Neftçi
- Aysu Əsədova – Sabah
- Aylin Kərimova – Sabah
- Elizaveta Vaysman – Şəfa
- Arzu Ağaliyeva – Şəfa
- Ayan Abdiyeva – Şəfa
- Məhsumə Vahabzadə – Sabah
- Mehri Məmmədzadə – Sabah
- Zeynəb Əsgərzadə – Şəfa
- Filiz Nəsrullayeva – Sabah
- Naidə Məmmədova – Zaqatala
- Adelina Ağayeva – Sabah
- Günay Sultanlı – Sabah
- Fatimə Kərimli – Sabah
AFFA-nın yaydığı məlumatda o da qeyd olunub ki, Ayşən Salamzadə əsas millinin oktyabrın 25-də Portuqaliya yığmasına qarşı keçirəcəyi Avropa çempionatının pley-off mərhələsinin ilk oyunundan sonra U-17-nin düşərgəsinə qoşulacaq.



