17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk sınaq matçına çıxıb.
Arena.az xəbər verir ki, yığmamız Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Millimiz rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Azərbaycan yığmasının qollarını 81-ci dəqiqədə Ümid Səlimov və 89-cu dəqiqədə Emin Feyzullayev vurublar.
Bu komandalar arasında sentyabrın 12-də daha bir yoxlama oyunu keçiriləcək.
Xatırladaq ki, İstanbul şəhərindəki təlim-məşq toplanışı isə sentyabrın 13-nə qədər davam edəcək.
U-17 millimizin baş məşqçisi Füzuli Məmmədov İstanbula 22 oyunçu aparıb:
1. Həbib Hüşənov – Qəbələ
2. Ayxan Əlizadə – Sabah
3. Məsud Əlişanlı – EFA
4. Səmid Əhmədov – Qəbələ
5. Məhəmməd İmamaliyev – Neftçi
6. Vüsal Paşayev – Sumqayıt
7. Nadir Orucov – Sumqayıt
8. Rəşad Alışov – Sabah
9. Tuncay Əhmədov – Sabah
10. Əkbər Məhərrəmov – Sabah
11. Ömər Kərimov – Qəbələ
12. İslam İsmayılzadə – Sabah
13. Əmir Əliyev – Sabah
14. Babamirzə Mehdiyev – Sabah
15. Anar Hüseynov – Sabah
16. Ziya Şəkərxanov – Qəbələ
17. Emin Feyzullayev – Sabah
18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
19. Hikmət Cəbrayılzadə – Qarabağ
20. Amid Qasımov – Qarabağ
21. Ümid Səlimov – Sabah
22. Röyal Fərzullazadə – Neftçi