U-18: Həndbol millimiz yoldaşlıq görüşündə ruslara qalib gəldi

Həndbol üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi (U-18) təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.

Arena.az xəbər verir ki, Avropa çempionatının təsnifat mərhələsinə Rusiyanın Həştərxan şəhərində hazırlaşan yığmamız yoxlama görüşündə yerli komanda ilə qarşılaşıb.

Matç həndbolçularımızın qələbəsi ilə başa çatıb – 36:27.

Qeyd edək ki, Azərbaycan millisinin iyulda Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub.