18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-18) oktyabrın 24-dən 26-na qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, yığmamız oktyabrın 27-dən noyabrın 1-dək isə Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışı keçəcək.
U-18 hazırlıq çərçivəsində oktyabrın 29-da və 31-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Milliyə dəvət olunan futbolçuların siyahısı belədir:
- Həbib Hüşənov – Qəbələ
- Ayxan Abbaszadə – Turan Tovuz
- Aftandil Arıxov – Sumqayıt
- Ömər Əliaslanlı – Zirə
- Əli Nəbizadə – Neftçi
- Məsud Əlişanlı – Qarabağ
- Cavid Məlikov – Qarabağ
- Murad Mustafayev – Neftçi
- Rəşad Alışov – Qarabağ
- Nadir Orucov – Sumqayıt
- Ramin Əvəzov – Sabah
- Emin Feyzullayev – Sabah
- Elnur Cabbarlı – Sumqayıt
- Ömər Kərimov – Qəbələ
- Arzu Mədətov – Turan Tovuz
- Əli Qurbanov – Sumqayıt
- Əmir Əliyev – Sabah
- Həsən Əliyev – Zirə
- Əkbər Məhərrəmov – Sabah
- Ziya Şəkərxanov – Qəbələ
- Əliəkbər Rzazadə – Qarabağ
- Babamirzə Mehdiyev – Sabah
- Ümid Səlimov – Sabah
- Rauf Qafarov – Zirə
- Röyal Fərzullazadə – Neftçi


