U-18 millimizdən “Qəbələ” ilə heç-heçə

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-18) Qəbələ toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, millimiz “Qəbələ” ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində yeganə qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.

Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.