U-19: Azərbaycan millisi Belarus və Gürcüstana qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Qəbələdə Gürcüstan və Belarus yığmaları ilə yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-19 iyunun 9-dan 11-nə qədər Bakıda, ayın 12-dən 21-nə qədər isə Qəbələdə təlim-məşq toplanışında olacaq.

Aqil Nəbiyevin baş məşqçisi olduğu komandamız Qəbələdəki hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. Azəraycan millisi iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq. Gürcüstan və Belarus yığmaları da Qəbələdə üz-üzə gələcəklər.

Oyunların təqvimini təqdim edirik:

16 iyun
Azərbaycan – Gürcüstan

18 iyun
Belarus – Gürcüstan

20 iyun
Azərbaycan – Belarus

Artıq Azərbaycan yığmasının Qəbələdəki təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısı da məlumdur. Aqil Nəbiyev bu futbolçulara dəvət göndərib:

1. Xəyal Fərzullayev – MOİK

2. Sadiq Məmmədzadə – Səbail

3. Rəvan Mirzəmmədov – Sabah

4. Ayxan Qocayev – Sumqayıt

5. Raul Hacıyev – Rustavi (Gürcüstan)

6. Zaman Zamanlı – Səbail

7. Samir Ağayev – Qəbələ

8. Aslan Şirinov – Neftçi

9. Eşqin Əhmədov – Qəbələ

10. Tuncay Cəfərli – Sabah

11. Musa Məmmədov – Qarabağ

12. Ravil Qafarov – Qəbələ

13. Rüfət Abbasov – Neftçi

14. Şahin Şahniyarov – Qəbələ

15. Edqar Adilxanov – Şamaxı

16. Murad Ələkbərov – Zirə

17. Fəxri Məmmədli – Sabah

18. İlkin Budaqov – Qəbələ

19. Nihad Əhmədzadə – Sumqayıt

20. Murad Məmmədov – Neftçi

21. Nahid Əliyev – “Dinamo” (Sankt-Peterburq, Rusiya)

22. Elton Mikayılov – Qarabağ

23. Sənan Ağalarov – Qəbələ

24. Sadiq Şəfiyev – Turan Tovuz