19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) oktyabrın 6-da və 7-də Bakıda təlim-məşq toplanışı keçəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, U-19-un oktyabrın 8-dən 14-nə qədər Belarusun paytaxtı Minsk şəhərində də təlim-məşq toplanışı olacaq. Komandamız burada Belarus yığması ilə iki yoxlama oyunu da keçirəcək.
Baş məşqçi Elxan Abdullayev bu toplanışa dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
- Sadiq Məmmədzadə – Qarabağ
- Səlim Həşimov – Zirə
- Hüseyn Hüseynov – Turan Tovuz
- Nihad Əliyev – Qarabağ
- Kənan Feyziyev – Sumqayıt
- Məhəmməd Məmmədli – Neftçi
- Vüsal Paşayev – Sumqayıt
- Emil Bünyadzadə – Qarabağ
- Nurhan Abdiyev – Zirə
- Dinamin Bağırov – Turan Tovuz
- Mirşahbaz Şahbazov – Neftçi
- Sənan Muradlı – Sumqayıt
- Əşrəf Ələkbərli – Qarabağ
- Murad Məmmədov – Neftçi
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Nihad Əhmədzadə – Sumqayıt
- İsmayıl Qurbanlı – Neftçi
- Fərid Şahhüseyni – Səbail
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Nihad Orucəli – Sumqayıt
Sonda Azərbaycan millisinin Belarus yığmasına qarşı keçirəcəyi oyunların proqramını təqdim edirik:
10 oktyabr
17:00. Belarus – Azərbaycan
13 oktyabr
17:00. Belarus – Azərbaycan