19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Moldovada təşkil olunacaq yoldaşlıq turnirində iştirak edəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Moldovanın Tiraspol şəhərində keçiriləcək iyunun 3-dən 11-nə qədər davam edəcək. Yığmamızın yarışdakı rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaq.
U-19 millimiz Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.
Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. Yığmamız mayın 27-dən iyunun 2-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək.
Millimizin oyunlarının təqvimi belədir:
4 iyun
20:30. Azərbaycan – Qazaxıstan
7 iyun
18:00. Azərbaycan – Türkiyə (U-20)
10 iyun
20:30. Azərbaycan – Moldova