U-19 millimizdən Qazaxıstan yığması ilə heç-heçə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Moldovada təşkil edilmiş yoldaşlıq turnirində sonuncu oyununu keçirib.

Arena.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Tiraspol şəhərindəki “Şerif” stadionunda baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qolunu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.

Beləliklə, Azərbaycan millisi bu yarışda 4 xalla 2-ci yeri tutub. Turnirin qalibi 9 xal toplayan Türkiyə yığması olub.

Xatırladaq ki, U-19 millimiz turnirdəki ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub – 0:5.