U-19 millimizin rəqibləri bəlli oldu – Çexiya, Malta və…

19 yaşadək futbolçulardan ibarət milli komandalar (U-19) arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, tədbir bu gün İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma mərasimində Azərbaycanın U-19 millisinin də rəqibləri müəyyənləşib. 13-cü qrupda yer alan millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: