19 yaşadək qadın futbolçulardan ibarət yığmalar (U-19) arasında Avropa çempionatında 2024/25 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.
Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində baş tutub.
Mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. B Liqasının 4-cü qrupunda yer alan U-19 millimiz Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, ikinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel aralığında keçiriləcək.


