U-19 yığmamız Özbəkistana ilk oyunda böyük hesabla uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Özbəkistanın Daşkənd şəhərində təlim-məşq toplanışındadır.

Arena.az xəbər verir ki, komandamız ayın 17-nə qədər burada təlim-məşq toplanışında olacaq.

Bu gün millimiz hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Dostluq” stadionunda keçirilən qarşılaşma yığmamızın ağır məğlubiyyəti ilə başa çatıb – 0:3.

Bu komandalar oktyabrın 16-da yenidən qarşılaşacaqlar. Həmin oyun da eyni arenada baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat saat 18:00-da start veriləcək.

Qeyd edək ki, yığmamızın baş məşqçisi Aqil Nəbiyev Özbəkistana 22 futbolçu aparıb. Həmin futbolçuların siyahısını təqdim edirik:

1. Xəyal Fərzullayev – Sumqayıt

2. Rəvan Mirzəmmədov – Sabah

3. Musa Məmmədov – Qarabağ

4. Zaman Zamanlı – Səbail

5. Əkbər Eyyubov – Səbail

6. Saleh Süleymanov – Cəbrayıl

7. Eşqin Əhmədov – Qəbələ

8. Ravil Qafarov – Qəbələ

9. Rüfət Abbasov – Neftçi

10. Arzu Atakişiyev – Kəpəz

11. Uğur Səfərov – Qarabağ

12. Fəxri Məmmədli – Sabah

13. Şahin Şahniyarov – Qəbələ

14. Murad Ələkbərov – Zirə

15. Edqar Adilxanov – Şamaxı

16. Adəm Topalov – Səbail

17. Murad Məmmədov – Neftçi

18. Ceyhun Hacıyev – Verl (Almaniya)

19. İbrahim İbrahimli – Qarabağ

20. Sənan Ağalarov – Qəbələ

21. Sadiq Şəfiyev – Turan Tovuz

22. Xəyyam Məmmədli – Qəbələ