U-19 yığmamızda Musayevi Hüseynov əvəzlədi

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan (U-19) ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ”nin futbolçusu Murad Musayev səhhəti ilə əlaqədar millinin düşərgəsini tərk edib. Onun yerinə “Turan Tovuz”dan Hüseyn Hüseynov heyətə cəlb edilib.

Xatırladaq ki, U-19 hazırlıq çərçivəsində Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmalar martın 24-də və 27-də baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: