Azərbaycanın basketbol üzrə 20 yaşadək oğlanlardan ibarət (U-20) millisi Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.
Arena.az xəbər verir ki, iyunun 1-də start götürmüş hazırlıq prosesi ayın 15-nə qədər davam edəcək.
Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi basketbol yığmamız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirir.
U-20 yığmamızın hazırlıq prosesindəki əsas məqsəd 7-16 iyulda Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa çempionatının “B” Divizionunun oyunlarına yaxşı hazırlaşmaqdır.