Sentyabrın 2-dən 8-nə qədər İspaniyanın Pontevedra şəhərində 20 yaşadək güləşçilər arasında U-20 dünya çempionatı keçiriləcək.
Arena.az xəbər verir ki, 700-ə yaxın idmançının mübarizə aparacağı yarışın ilk günlərində yunan-Roma güləşçiləri çıxış edəcəklər.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında 10 güləşçi ölkəmizi təmsil edəcək:
Rahim Həsənov (55 kq)
Tural Əhmədov (60 kq)
Məhəmməd Şükürzadə (63 kq)
Təvəkgül Həziyev (67 kq)
Ruslan Nurullayev (72 kq)
Davud Məmmədov (77 kq)
İsmayıl Rzayev (82 kq)
Cocu Səmədov (87 kq)
Mikayıl İsmayılov (97 kq)
Məzaim Mərdanov (130 kq).
Daha sonra böyük məşqçi Rövşən Umudovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz xalçaya çıxacaqlar. Heyətdə 5 güləşçi yer alıb:
Aysel Məmmədzadə (50 kq)
Əsmər Cankurtaran (53 kq)
Nərgiz Səmədova (55 kq)
Ruzanna Məmmədova (59 kq)
Günay Qurbanova (62 kq).
Yarışın sonlarında estafet sərbəst güləşçilərə keçəcək. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun tapşırıqlarını bu güləşçilər uğurla yerinə yetirməyə çalışacaqlar:
Bəşir Verdiyev (57 kq)
Camal Abbasov (61 kq)
Ayxan Abdullazadə (65 kq)
Omar Gülməmmədov (70 kq)
Ağanəzər Novruzov (74 kq)
Emin Qocayev (79 kq)
Sadiq Mustafazadə (86 kq)
Anar Cəfərli (92 kq)
Xetaq Karsanov (97 kq)
Yusif Dursunov (125 kq).
U-20 dünya çempionatında 1-ci kateqoriyalı hakimlərimiz Elman İsmayılovla Bəşir İsazadə də ədaləti qoruyanlar arasında yer alacaqlar.