21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Türkiyə yığması ilə beynəlxalq yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komandalar İstanbulda üz-üzə gəliblər.
“Esenyurt Necmi Kadıoğlu” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin xeyrinə yekunlaşıb – 1:0.
Xatırladaq ki, U-21 yığmamızı qarşıda daha bir yoxlama oyunu gözləyir. Baş məşqçi Samir Əliyev yetirmələrini ayın 20-də Qırğızıstanla görüşdə də sınamaq imkanı əldə edəcək. Azərbaycan millisi bu rəqiblə Mərdəkandakı “Dalğa Arena”da qarşılaşacaq.
Bu iki oyun üçün yığmamızın heyətinə aşağıdakı futbolçular cəlb olunublar:
1. Rza Cəfərov – Neftçi
2. Eldar Tağızadə – Klermon (Fransa)
3. Rüstəm Samiqullin – Sabah
4. Mahir Həsənov – Kəpəz
5. Seymur Məmmədov – Sabah
6. Rüfət Əhmədov – Qəbələ
7. Ayhan Süleymanlı – Sumqayıt
8. İbrahim Ramazanov – Qəbələ
9. Mirəli Əhmədov – Səbail
10. Hüseyn Babayev – Neftçi
11. Süleyman Damadayev – Qəbələ
12. Məzahir Məmmədzadə – Turan Tovuz
13. Nihat Fərəcli – Tus Koblents (Almaniya)
14. Camal Cəfərov – Sabah
15. Samir Məhərrəmli – Sabah
16. Elçin Qasımov – Turan Tovuz
17. Murad Vəliyev – Levadiya (Tallinn, Estoniya)
18. Fərid Yusifli – Neftçi
19. Rauf Rüstəmli – Qəbələ
20. Zeynəddin Abdurahmanov – Səbail
21. Mehrac Baxşəli – Qəbələ
22. Ağadadaş Salyanski – Neftçi
23. Samir Abdullayev – Səbail
24. Cəlal Hüseynov – Arda (Bolqarıstan)


