21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) qarşıdakı beynəlxalq yoxlama oyunları üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Samir Əliyev yekun heyətdə 23 futbolçuya şans verib. Siyahıda Fransa, Almaniya və Estoniyada legioner həyatı yaşayan üç futbolçumuz da var.
Xatırladaq ki, U-21 yığmamızı qarşıda Türkiyə və Qırğızıstan milliləri ilə yoxlama oyunları gözləyir. Komandamız iyunun 17-də İstanbulda Türkiyənin 21 yaşlıları ilə üz-üzə gələcək. Ayın 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə qarşılaşma baş tutacaq.
Azərbaycan millisinin heyətinə bu futbolçular cəlb olunublar:
1. Rza Cəfərov – Neftçi
2. Eldar Tağızadə – Klermon (Fransa)
3. Rüstəm Samiqullin – Sabah
4. Mahir Həsənov – Kəpəz
5. Seymur Məmmədov – Sabah
6. Rüfət Əhmədov – Qəbələ
7. Ayhan Süleymanlı – Sumqayıt
8. Xəyyam Hüseynov – Turan Tovuz
9. Mirəli Əhmədov – Səbail
10. Hüseyn Babayev – Neftçi
11. Süleyman Damadayev – Qəbələ
12. Məzahir Məmmədzadə – Turan Tovuz
13. Nihat Fərəcli – Tus Koblents (Almaniya)
14. Camal Cəfərov – Sabah
15. Samir Məhərrəmli – Sabah
16. Elçin Qasımov – Turan Tovuz
17. Murad Vəliyev – Levadiya (Tallinn, Estoniya)
18. Fərid Yusifli – Neftçi
19. Rauf Rüstəmli – Qəbələ
20. Zeynəddin Abdurahmanov – Səbail
21. Mehrac Baxşəli – Qəbələ
22. Ağadadaş Salyanski – Neftçi
23. Samir Abdullayev – Səbail


