21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Ayxan Abbasov millimizin seçmə mərhələ çərçivəsində Portuqaliya yığması ilə səfərdə, Bolqarıstan seçməsi ilə evdə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşdirib.
Sentyabrın 1-də təlim-məşq toplanışına yığışacaq U-21 sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barseluşda Portuqaliya, sentyabrın 9-da, saat 18:00-da isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. B qrupunda yer alan komandamız sentyabrın 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşəcək.
Milliyə dəvət edilmiş futbolçuların adlarını diqqətinizə çatdırırıq:
- Rəvan Mirzəmmədov – Sabah
- Xəyal Fərzullayev – Sumqayıt
- Səlim Həşimov – Şamaxı
- İbrahim Ramazanov – Turan Tovuz
- Elgün Dünyamalıyev – Sabah
- Raul Məmmədov – Kəpəz
- Nadir Orucov – Sumqayıt
- Emin Rüstəmov – Səbail
- Ayxan Süleymanlı – Sumqayıt
- Sənan Muradlı – Şamaxı
- Rüfət Abbasov – Şamaxı
- Nihad Əhmədzadə – Sumqayıt
- Eşqin Əhmədov – Qəbələ
- Əkbər Eyubov – Zirə
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Murad Məmmədov – Neftçi
- Edqar Adilxanov – Şamaxı
- Emil Süleymanov – Şamaxı
- Oruc Məmmədov – Şamaxı
- Elcan Əbilov – Kəpəz
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Nahid Əliyev – Şəfa
- Ağadadaş Salyanski – Neftçi
- Sadiq Şəfiyev – Turan Tovuz


