U-21 millimiz Bəhreynə 3 cavabsız qolla qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bəhreyn yığması ilə üz-üzə gəlib.

Qarşılaşma millimiz üçün uğurlu alınıb. Futbolçularımız rəqib qapısından 3 cavabsız top keçiriblər. Komandamızın heyətində qolları 32-ci dəqiqədə Qurban Səfərov, 87-ci dəqiqədə Nihad Əhmədzadə və 89-cu dəqiqədə Lorenzo Mezzotero vurublar.

Qeyd edək ki, U-21 millimiz növbəti yoxlama matçını Qırğızıstan yığmasına qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: