U-21 millimiz Bəhreynlə üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama matçına çıxacaq.

Arena.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bəhreyn yığması ilə üz-üzə gələcək.

Qarşılaşmaya saat 18:00-da start veriləcək.

Qeyd edək ki, U-21 millimiz növbəti yoxlama matçını Qırğızıstan yığmasına qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: