U-21 millimiz Bakıda Bolqarıstan yığmasına qol vura bilmədi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) bu gün növbəti yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz Bakıda Bolqarıstan yığması ilə qarşılaşıb.

Mərdəkandakı “Dalğa Arena”da təşkil olunmuş görüş qolsuz yekunlaşıb.

Xatırladaq ki, U-21 millimiz iyunun 7-də Senec Məşq Mərkəzində keçirilən yoldaşlıq oyununda Slovakiya yığmasına 2:3 hesabı ilə məğlub olmuşdu.

Yoxlama oyunu
11 iyun

Azərbaycan – Bolqarıstan 0:0
Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Əli Əliyev.
Mərdəkan. “Dalğa Arena”. Saat 20:00.

Azərbaycan: 22. Amin Ramazanov (1. Xəyal Fərzullayev, 46), 4. Cəlal Hüseynov, 21. İbrahim Ramazanov, 5. Mahir Həsənov, 2. Abdulla Rzayev (25. Eşqin Əhmədov, 25), 14. Rüfət Abbasov, 8. Fərid Yusifli (k), 7. Xəyal Əliyev, 23. Ramin Nəsirli (19. Şahin Şahniyarov, 46), 9. Nəriman Axundzadə, 18. Ağadadaş Salyanski (10. Samir Abdullayev, 46).
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 15. Süleyman Damadayev, 24. Seymur Məmmədov, 20. Rüfət Əhmədov, 13. Qurban Səfərov, 3. Mirəli Əhmədov, 16. Elcan Əbilov, 11. Samir Məhərrəmli, 6. Zeynəddin Əbdürrəhmanov, 17. Murad Vəliyev.
Baş məşqçi: Samir Əliyev.

Bolqarıstan: 1. Aleks Bijev, 2. Zahari Atanasov, 3. Rosen Bojinov (5. Todor Pavlov, 46), 14. Teodor İvanov, 15. Simeon Vasilev (9. Yoan Bornosuzov, 46), 22. Asen Mitkov (k), 7. Roberto Rayçev (19. Nikolas Penev, 46), 8. Antoan Stoyanov, 11. Borislav Marinov (20. Zlatev Nikolay, 46), 10. Nikola İliyev (18. Trung Do, 46), 16. Daniel Hvoynev (4. Dimitar Papazov, 46).
Ehtiyat oyunçular: 12. Velizar İliyev, 13. Berk Beyhan, 17. Georgi Çorbadziyski, 21. Bojidar Tomovski, 6. Martin Georgiyev.
Baş məşqçi: Aleksandar Dimitrov.