21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxıb.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda səfərdə Belarusun U-21 yığması ilə qarşılaşıb.
Oyuna yaxşı başlayan millimiz hesabı açan tərəf olub. Amma meydan sahibləri birinci hissənin sonuna kimi müdafiəçilər və qapıçımızın səhvlərindən istifadə edərək, önə keçiblər. Fasilədən sonra daha bir qol vuran rəqib komanda 3:1 hesabı ilə qalib gəlib.
Bununla da Azərbaycan yığması yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə ilk məğlubiyyətini alıb. U-21 millimiz daha öncə bu mütəxəssisin rəhbərliyi altında Moldovanı məğlub edib (2:0), Şimali Makdeoniya ilə heç-heçə oynamışdı (0:0).
Yoxlama oyunu
4 iyun
Belarus – Azərbaycan 3:1
Qollar: Ruslan Myalkovski, 37. Kirill Tsepenkov, 40. Andrey Denisyuk, 50 – Raul Məmmədov, 22.
Baranoviçi şəhər stadionu.
Belarus: 16. İvan Şimakoviç (1. Artyom Karatay, 46), 3. Vladislav Myalko (15. Vadim Martinkeviç, 46), 4. Matsvey Baxno (14. Vladislav Varaksa, 46), 7. Qleb Kuçko (21. Timafey Şarkovski, 46), 8. Ruslan Myalkovski (11. Timafey Simanenka, 46), 10. Kirill Tsepenkov (24. Yeqor Prokopenko, 46), 13. Daniil Duşevski (6. Artur Nazarenka, 46), 17. Radivon Pyaçura (23. Andrey Denisyuk, 46), 18. Kiril Qomanov, 19. İlya Dubinets, 20. Vasili Çernyavski.
Baş məşqçi: Vitali Pavlov.
Azərbaycan: 22. Xəyal Fərzullayev, 15. Raul Məmmədov (27. Elgün Dünyamalıyev, 40), 3. Rüfət Abbasov (2. Amin Rzayev, 78), 14. Oruc Məmmədov, 5. Emin Rüstəmov, 20. Ayxan Süleymanlı (24. İbrahim Ramazanov, 78), 7. Murad Məmmədov (11. Nihat Mehrəliyev, 62), 17. Nihad Əhmədzadə (13. Nadir Orucov, 78), 8. Emil Süleymanov (18. İbrahim Hacı, 62), 10. Edqar Adilxanov (21. Sənan Muradlı, 78), 9. Ağadadaş Salyanski (19. Sadiq Şəfiyev, 62).
Baş məşqçi: Ayxan Abbasov.


