U-21 millimiz Bratislavaya 25 futbolçu ilə yollanır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Slovakiya və Bolqarıstanla keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Samir Əliyev qarşıdakı oyunlar üçünü milliyə 25 futbolçu dəvət edib.

“Qarabağ”ln futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.

Qeyd edək ki, U-21 yığmamız iyunun 1-də təlim-məşq toplanışına başlayacaq. Milli komandamız ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.

Azərbaycan millisi iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstan yığması ilə üz-üzə gələcək. Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Dalğa Arena”da, saat 20:00-da başlayacaq.

Milliyə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Amin Ramazanov – Qarabağ
  2. Xəyal Fərzullayev – Sumqayıt
  3. Yusif İmanov – Sabah
  4. Süleyman Damadayev – Şamaxı
  5. İbrahim Ramazanov – Qəbələ
  6. Seymur Məmmədov – Sabah
  7. Cəlal Hüseynov – Arda (Bolqarıstan)
  8. Eşqin Əhmədov – Qəbələ
  9. Abdulla Rzayev – Araz-Naxçıvan
  10. Rüfət Əhmədov – Kəpəz
  11. Rüfət Abbasov – Neftçi
  12. Mirəli Əhmədov – Araz-Naxçıvan
  13. Mahir Həsənov – Kəpəz
  14. Qurban Səfərov – Şamaxı
  15. Samir Məhərrəmli – Şamaxı
  16. Elcan Əbilov – Neftçi
  17. Ramin Nəsirli – Araz-Naxçıvan
  18. Xəyal Əliyev – Sabah
  19. Murad Vəliyev – Nomme Yunayted (Estoniya)
  20. Fərid Yusifli – Turan Tovuz
  21. Şahin Şahniyarov – Qəbələ
  22. Zeynəddin Abdurahmanov – Səbail
  23. Samir Abdullayev – Səbail
  24. Ağadadaş Salyanski – Neftçi
  25. Nəriman Axundzadə – Qarabağ
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: