21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) bu gün Latviya yığması ilə Bakıda yoldaşlıq oyunu keçirəcək.
Arena.az xəbər verir ki, bu görüş Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.
U-21 Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə Mərdəkandakı “Dalğa Arena”da qarşılaşacaq. Oyuna saat 18:00-da start veriləcək.
Qarşılaşmanı Azərbaycandan olan hakimlər idarə edəcəklər.
Qeyd edək ki, millimiz AÇ-nin seçmə mərhələsində noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda Bakı vaxtı ilə saat 22:00-da Ukrayna yığması ilə üz-üzə gələcək.
Yoxlama oyunu
17 noyabr
18:00. Azərbaycan – Latviya
Baş hakim: Əkbər Əhmədov.
Baş hakimin köməkçilər: Orxan İbişov, Rasim Axundov.
Dördüncü hakim: Şamil İmanzadə.
Mərdəkan. “Dalğa Arena”.


