U-21 millimiz Cəbəllütariq sınağında

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, B qrupunda yer almış millimiz 5-ci oyununda səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Europa Point Stadium”da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, U-21 yığmamız daha öncə keçirdiyi 4 oyunda 2 heç-heçə və 2 məğlubiyyət görüb. İlk qələbəsini qazanmağa çalışacaq yığmamız 2 xalla 5-ci sırada qərarlaşıb. Keçirdiyi 5 oyunun hamısında uduzmuş Cəbəllütariq yığması isə qrup sonuncusudur.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
18 noyabr

Cəbəllütariq – Azərbaycan
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula
Dördüncü hakim: George Katalin Roman (Hakimlər briqadası Rumıniyadandır).
“Europa Point Stadium”. Saat 22:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: