21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Çexiya yığması ilə üz-üzə gəlib.
Karvina şəhər stadionunda baş tutmuş oyunu şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski idarə edib.
Xatırladaq ki, U-21 millimiz seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olmuş, Bakıda Bolqarıstanla heç-heçə etmişdi – 1:1.
Təəssüf ki, bu səfər oyunu da millimizin biabırçı məğlubiyyəti ilə yekunlaşıb. Futbolçularımız Portuqaliyada olduğu kimi, Çexiyada da 5 cavabsız qola üzülüblər.
Hazırda B qrupunda Çexiya millisi 9 xalla liderdir. Portuqaliya 6 xalla ikinci pillədə qərarlaşıb. Bolqarıstan 4 xalla üçüncü, Şotlandiya 3 xalla dördüncüdür. 1 xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu – altıncı pillədə qərarlaşıb.
AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
10 oktyabr
Çexiya – Azərbaycan 5:0
Qollar: Lukaş Maşek, 40; 59; 75. Lukas Ambros, 55. David Planka, 84.
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
(Hakimlər briqadası Şimali Makedoniyadandır)
Karvina şəhər stadionu. Saat 20:00.
Çexiya: 1. Yan Kunti, 2. Tomas Yelinek, 22. Yan Paluska, 4. Erik Hunal, 3. Adam Şevinski, 13. Albeert Labik, 18. Lukas Ambros, 8. Ondrey Kriçfaluşi, 10. Matey Şin (k), 9. Matias Voyta, 11. Lukaş Maşek.
Baş məşqçi: Mixal Bilke.
Azərbaycan: 1. Səlim Həşimov, 3. Rüfət Abbasov, 44. İbrahim Ramazanov, 5. Emin Rüstəmov (k), 15. Raul Məmmədov, 2. Eşqin Əhmədov, 11. Xəyal Əliyev, 10. Şahin Şahniyarov, 8. Emil Süleymanov, 18. Oruc Məmmədov, 9. Ağadadaş Salyanski.
Baş məşqçi: Fərid Namazov.


