21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Avropa çempionatının seçmə mərhələsindəki daha bir oyununun yeri dəqiqləşib.
Arena.az xəbər verir ki, bu bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-21 millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib. F qrupu çərçivəsində oktyabrın 15-də təşkil olunacaq görüş Bristol şəhərində yerləşən “Aşton Qeyt” (Ashton Gate) stadionunda baş tutacaq.
Qeyd edək ki, matçın başlama saatı hələ dəqiqləşməyib.
Xatırladaq ki, Azərbaycan millisi İngiltərə yığması ilə Bakıda qarşılaşdığı oyundan 1:5 hesablı məğlubiyyətlə ayrılmışdı. Komandamız keçirdiyi 6 oyundan sonra 3 xalla F qrupunda sonuncu – 6-cı pillədə qərarlaşıb.
F qrupuna 18 xala malik Ukrayna və İngiltərə yığmaları şərikli liderlik edirlər. Serbiyanın 10, Şimali İrlandiyanın 6, Lüksemburqun 4 xalı var.


