21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) bu gün Latviya yığması ilə Bakıda yoldaşlıq oyunu keçirib.
Arena.az xəbər verir ki, Azərbaycan və Latviyanın müvafiq yaş qrupundan ibarət komandaları Mərdəkandakı “Dalğa Arena”da qarşılaşıblar.
Azərbaycandan olan hakimlər briqadasının idarə etdiyi oyun U-21 millimizin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu görüş Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyırdı. Belə ki, millimiz AÇ-nin seçmə mərhələsində noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda Bakı vaxtı ilə saat 22:00-da Ukrayna yığması ilə üz-üzə gələcək.
Yoxlama oyunu
17 noyabr
Azərbaycan – Latviya 1:0
Qol: Camal Cəfərov, 32.
Baş hakim: Əkbər Əhmədov.
Baş hakimin köməkçilər: Orxan İbişov, Rasim Axundov.
Dördüncü hakim: Şamil İmanzadə.
Mərdəkan. “Dalğa Arena”.
Azərbaycan: 1. Rüstəm Samiqullin, 4. Mahir Həsənov, 15. Süleyman Damadayev, 6. Nemət Şıxəmirəv, 16. Qurban Səfərov, 20. Rüfət Əhmədov, 8. Fərid Yusifli (k), 5. Nazim Həsənzadə, 23. Ramin Nəsirli, 7. Camal Cəfərov, 19. Samir Abdullayev.
Ehtiyat oyunçular: 22. Amin Ramazanov, 12. Eldar Tağızadə, 18. Hüseyn Babayev, 2. Abdulla Rzayev, 3. Mirəli Əhmədov, 13. Ayxan Süleymanlı, 10. Veysəl Rzayev, 21. Xəyal Əliyev, 11. Samir Məhərrəmli, 14. Zeynəddin Əbdürrəhmanov, 17. Murad Vəliyev, 9. Ağadadaş Səlyanski.
Baş məşqçi: Samir Əliyev.
Latviya: 1. Yanis Bek (k), 13. Yeqor Novikov, 22. Aleksey Kudelkin, 2. Nik Sliede, 15. Ralf Maslov, 7. Olqert Rasçevski, 19. Oskar Vienties, 4. Denis Melnik, 18. Robert Melkis, 10. Lukas Vapne, 9. Valeri Lizunov.
Ehtiyat oyunçular: 23. Sergey Vilkov, 12. Raivo Sturin, 11. Davis Marcis Valmier, 3. Rudolf Reiongolç, 8. Marcis Peilan, 14. Kristofer Rekis, 21. Kaspar Anmanis, 5. Artur Ktancmanis.
Baş məşqçi: Aleksander Basov.


