U-21 millimiz Qırğızıstanın U-20 yığmasına uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda İsparta şəhərindəki hazırlıq çərçivəsində Qırğızıstanın 20 yaşadək futbolçulardan ibarət yığması (U-20) ilə qarşılaşıb.

“Sav” stadionunda təşkil edilmiş görüşdə qapılara bütövlükdə 4 qol vurulub. Matç millimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan yığmasının yeganə qolunu penaltidən fərqlənmiş Nihad Əhmədzadə vurub.

Xatırladaq ki, U-21 millimiz iyunun 6-da keçirdiyi ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.

Yoxlama oyunu
9 iyun

Azərbaycan – Qırğızıstan 1:3
Qollar: Nihad Əhmədzadə, 59-pen – İsxak İrisbekov, 37. Nursultan Alışerov, 56. Arlen İmerov, 84.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: