21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu sınağına çıxıb.
Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 10-cu oyununda Cəbəllüttariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Masazırda təşkil edilmiş oyunu Lüksemburqdan olan hakimlər briqadası idarə edib. Rəqibini 3 cavabsız qolla məğlub edən millimiz seçmə mərhələni qələbə ilə başa vurubş
U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 10 xalla beşinci yeri tutub. Bu, Azərbaycanın gənclərdən ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələləri tarixində topladığı ən çox xaldır. Keçirdiyi oyunların hamısından məğlubiyyətlə ayrılmış Cəbəllüttariq isə sonuncu yeri tutub.
AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
6 oktyabr
Azərbaycan – Cəbəllüttariq 3:0
Qollar: Nihat Əhmədzadə, 8. Ağadadaş Salyanski, 43; 51.
Baş hakim: Yasmin Sabotiç (Lüksemburq)
Yan xətt hakimləri: Yoakim Da Silva, Tom Hansen (hər ikisi Lüksemburq)
Dördüncü hakim: Sedrik Biever (Lüksemburq).
“Masazır Arena”.
Xallar: Portuqaliya – 22. Çexiya – 18. Şotlandiya – 14. Bolqarıstan – 14. Azərbaycan – 10. Cəbəllüttariq – 0.


