Avropa çempionatının seçmə mərhələsində Serbiyanın yığması ilə qarşılaşacaq Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Türkiyənin “İğdırspor” klubunun üzvü Mustafa Yıldırım zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, U-21 yığmamız Serbiyanın müvafiq yaş qrupundan ibarət milli komandası ilə sentyabrın 12-də səfərdə qarşılaşacaq.


