U-21 millimiz Sumqayıtda Monteneqro ilə üz-üzə

Hazırda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün növbəti yoxlama oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı yığmamız təlim-məşq toplanışı çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, U-21 millimiz iyunun 4-də Belarus yığması ilə səfərdə baş tutmuş yoxlama matçında 1:3 hesabı ilə məğlub olub.

Yoxlama oyunu
8 iyun

20:00. Azərbaycan – Monteneqro
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: