21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Türkiyənin İsparta şəhərind hazırlıq keçən yığmamızın budəfəki rəqibi Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası olacaq.
Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə “Sav” stadionunda üz-üzə gələcək. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi iyunun 6-da keçirdiyi ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.


