21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Albaniya və Sloveniya yığmaları ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Samir Abasov bütövlükdə 24 futbolçuya dəvət göndərib.
Onlardan beşi ölkə xaricində çıxış edən legionerlərdir.
Xatırladaq ki, U-21 millimiz martın 23-də müvafiq olaraq Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Komandamız bu məqsədlə, martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.
Yığmamızın hazırlıq prossesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Rza Cəfərov – Neftçi
- Sahib Həsənov – Şamaxı
- Rüstəm Samiqullin – Sabah
- Samet Karakoç – İsparta 32 Spor (Türkiyə)
- Xəyyam Hüseynov – Turan Tovuz
- Şirxan Həsənzadə – Qarabağ
- Abdulla Rzayev – Kəpəz
- Mirəli Əhmədov – Səbail
- Hüseyn Babayev – Neftçi
- İbrahim Ramazanov – Qəbələ
- Süleyman Damadayev – Qəbələ
- Mahir Həsənov – Kəpəz
- Veysəl Rzayev – Turan Tovuz
- Camal Cəfərov – Sabah
- Samir Məhərrəmli – Kəpəz
- Elçin Qasımov – Turan Tovuz
- Murad Vəliyev – Levadiya (Tallinn, Estoniya)
- Ramin Nəsirli – Dauqavplis (Latviya)
- Nazim Həsənzadə – Dauqavplis (Latviya)
- Emil Səfərov – Qəbələ
- Fərid Yusifli – Neftçi
- Samir Abdullayev – Səbail
- Nihat Fərəcli – Tus Koblents (Almaniya)
- Mehrac Baxşəli – Qəbələ


